Emin Əmrullayev və Rövşən Nəcəf "Neftçi"nin Müşahidə Şurasında!
- 01 Dek 2022 22:54
- 681
"Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasında dəyişiklik edilib. "Rekord.az" xəbər verir ki, bu klubun rəsmi saytında qeyd olunub. Saytda Müşahidə Şurası bölümündə yeni adlar yerləşdirilib.
Belə ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf klubun Müşahidə Şurasının yeni sədri, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Zaur Qəhramanov, Elnarə Məmmədova, Hafiz Zeynalov və Səməd Qurbanovdular.