Emil Balayevin Qazaxıstanın “Turan” klubuna transfer olunacağı ilə bağlı xəbərlər gündəmdən düşmür.

Rekord.az xəbər verir ki, “Keşlə” – “Qarabağ” oyunundan sonra baş tutan mətbuat konfransında Qurban Qurbanov da xəbəri təsdiqlədi və məsələnin bu gün konkretləşəcəyini söylədi.


Bunu nəzərə alaraq “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisinin “Football-plus.az” saytına cavabı belə oldu: “Emil Balayevlə bağlı hazırda heç bir yenilik yoxdu”.