
Emeri ən yaxşı seçildi
- 12 May 2023 19:45
- 360
İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Rekord.az çempionatın rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, bu, "Aston Villa"nın çalışdırıcısı Unai Emeridir.
Ötən ay Premyer Liqada 7 matça çıxan Emerinin yetirmələri bunların 5-də qələbə qazanıb. Bir qarşılaşmada yenilən Birmingem təmsilçisi yalnız 34-cü turda "Mançester Yunayted"ə uduzub - 0:1.
"Aston Villa" hazırda turnir cədvəlində 8-ci yerdədir.