İyunun 13-14-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.


Rekord.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.


Yarışda Gürcüstan və Tacikistandan olan idmançıların da iştirakı nəzərdə tutulub.