
Elmar Baxşıyev: "Gücümüzü düzgün bölüşdürsək..."
- 07 Dek 2022 15:15
- 402
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Qarabağ"la qarşıdan gələn kubok və çempionat matçları barədə danışıb.
Rekord.az-a açıqlamasında Baxşıyev bu iki turnir arasında fərq qoymadıqlarını bildirib: "Hər iki turnirə eyni məsuliyyətlə yanaşırıq. Ona görə də "Qarabağ"a qarşı həm kubok, həm də çempionat oyununda layiqincə müqavimət göstərməyə çalışacağıq. Heyətlə bağlı sıxıntımız var, çünki ehtiyat oyunçukar skamyamız uzun deyil. Bundan başqa, zədədən əziyyət çəkən oyunçularımız da var. Bu mənada qısa zaman kəsiyndə "Qarabağ" kimi komandaya qarşı 3 oyun keçirmək asan deyil. Amma dediyim kimi, əlimizdən gələni edəcəyik ki, hər üç oyunda rəqibə layiqli müqavimət göstərək".
Qeyd edək ki, dekabrın 8-də "Qəbələ" ölkə kubokunun ilk 1/4 final matçı çərçivəsində "Qarabağ"la üz-üzə gələcək. Ayın 13-də isə bu iki komanda çempionatda görüşəcək. Bundan 3 gün sonra isə kuokun cavab matçı baş tutacaq.