Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında məşqlərə başlayıb.

Rekord.az xəbər verir ki, atlet yanvarın 25-də qısa, yanvarın 27-də sərbəst proqram üzrə çıxış edəcək.

Qeyd edək ki, festival yanvarın 28-də başa çatacaq.