Misli Premyer Liqasının 18-ci turunda keçirilən "Qarabağ" - "Turan Tovuz" matçında ciddi səhvə yol verən və Vadjini meydançadan qovmayan Elçin Məsiyev buna görə cəza alacaq.


Rekord.az-a daxil olan məlumata görə, FİFA referisinə 19-cu turda oyun verilməyəcək.


Sözügedən qarşılaşmada Vadji bilərəkdən Silvanın ayağına zərbə endirsə də, Məsiyev sadəcə sarı vərəqə ilə kifayətlənmişdi.