
Elçin Məsiyev “Benfika” - “Makkabi” oyununa təyinat aldı
- 02 Sen 2022 13:45
- 416
UEFA Gənclər Liqasının H qrupunda sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində keçiriləcək “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi Elçin Məsiyev olacaq.
Rekord.az xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Ricardo Jorge Antunes Baixinho (Portuqaliya) yerinə yetirəcək.