
“Əl-Nəsr”in yeni baş məşqçisi bəlli oldu
- 11:30
- 36
Portuqaliyalı mütəxsəssis Jorje Jezuş Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun baş məşqçisi təyin edilib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.
Xatırladaq ki, iyulun 25-də "Əl-Nəsr" 2024-cü ilin sentyabrından komandanı çalışdıran italiyalı Stefano Piolinin baş məşqçi postundan getdiyini elan edib.
Jezuşun 70 yaşı var, o, 2023-2025, həmçinin 2018-2019-cu illərdə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda üç dəfə Səudiyyə Ərəbistanı Super Kubokunu, bir dəfə ölkə çempionluğunu və kuboku qazanıb. Daha əvvəl Jesuş "Benfika", "Flamenqo", "Fənərbağça" və digər klubların sükanı arxasında olub.