“Fənərbağça” “Əl-Nəsr”in futbolçusu Con Duranın keçidini reallaşdırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


İstanbul təmsilçisi 21 yaşlı hücumçunu 1 illik icarə əsasında transfer edib. Razılaşmaya əsasən, kolumbiyalı oyunçunun maaşını bu müddət ərzində "Fənərbağça" ödəyəcək. 


Con Duran bu ilin əvvəlində “Aston Villa”dan Səudiyyə klubuna transfer olunmuşdu.