“İlk testim müsbət çıxdı. Bu gün, ya sabah növbəti dəfə analiz götürəcəklər. İkinci testin nəticəsi bəlli olanadək məşqlərdə iştirak etməyəcəyəm".

Rekord.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında “Səbail”in futbolçusu Əfran İsmayılov koronavirusa yoluxması barədə danışarkən deyib.

32 yaşlı yarımmüdafiəçisi xəstəliyin heç bir sipmtomunu hiss etmədiyini bildirib: "Virusa necə yoluxduğumu bilmirəm. Amma onu deyim ki, heç bir narahatlıq hiss etmirəm. Rahat oturmuşam, yeyib-içirəm, evin içində gəzib-dolanıram. Hər hansı əlamət olsa idi, deyərdim ki, belim, başım ağrıyır, qızdırmam var. Məndə bunların heç biri yoxdur. Test necə müsbət çıxa bilər, baş açmıram".

Qeyd edək ki, "Səbail"də son olaraq 4 futbolçunun koronavirus testi müsbət nəticə verib.