"Səbail"in futbolçusu Əfran İsmayılovun mövsümün sonunda futbolla vidalaşacağı haqda məlumat vermişdik. 

Rekord.az xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonra məşqçi işləmək fikrindədir.

Hətta əldə etdiyimiz məlumata görə, bununla bağlı AFFA-ya müraciət də edib və deyilənı görə, yaxınlarda bununla bağlı Elxan Məmmədovla görüşməyi də planlaşdırır.

Qeyd edək ki, Əfranla birlikdə vaxtı ilə milli komandada oynamış Kamran Ağayev, Vüqar Nadirov, Vaqif Cavadov, Rail Məlikov, İlqar Qurbanov məhz AFFA tərəfindən işlə təmin olunublar.