Yeni mövsümə hazırlaşan "Səbail" Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq vətənə döndü.

Rekord.az xəbər verir ki, kollektiv qonşu ölkədə məşqlərlə bərabər istirahət etməyi də unutmurdu.

Komanda üzvlərinin belə günlərdən birini Əfran İsmayılovun ata ocağında keçirməsini xəbər vermişdik.

Yarımmüdafiəçi atdığı həmin addımla bağlı sportinfo.az-a anışıb: "Hazırda həmin evdə əmimgil qalır. Ora getmək çoxdankı arzum idi.

Çünki 10 ilə yaxın olar getmək qismət olmurdu. Son dönəmlər də pandemiyaya görə gedə bilmirdim. Qismət oldu getdim.

Komandamız məskunlaşdığı oteldən ora 1 saatlıq yol olardı. Düşündüm ki, elə komanda yoldaşlarımı da özümlə aparım. Yaxşı istirahət eləsinlər. Həm ata yurdumu görmüş oldum, həm uşaqlar bir gün yaxşı istirahət elədilər".

Azərbaycanlı futbolçu 10 il sonra ata ocağında -