Xəbər verdiyimiz kimi, Rövşən Babayevin istefasından sonra Əfqan Talıbov "Turan Tovuz"a müvəqqəti baş məşqçi təyin olundu.

Rekord.az xəbər verir ki, Talıbov mövsümün sonuna kimi komandanın başında olacaq.

Onunla yeni müqavilənin imzalanıb-imzalanmayacağı da yalnız həmin vaxt məlum olacaq. Hər şey komandanın nəticələrindən asılı olacaq. Əgər komanda qarşıdakı 6 turda maksimum və yaxud maksimuma yaxın nəticə qazanmağı bacarsa, Talıbovun postunda qalması məsələsi komanda rəhbərliyi tərəfindən AFFA qarşısında qaldırılacaq.