Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkil etdiyi "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi"ndə məşq keçən yeniyetmə və gənc voleybolçular bu gün Hərbi Qənimətlər Parkında olublar. "Rekord.az" xəbər verir ki, düşərgə iştirakçıları Hərbi Qənimətlər Parkına ekskursiyaya Şahin Çatma və düşərgədə məşq keçən digər mütəxəssislərlə birgə yollanıblar.

Burada onlar Vətən müharibəsində Azərbaycan Ordusunun qənimət götürdüyü Ermənistan ordusuna məxsus zirehli texnikalar, artilleriya qurğuları, piyada döyüş maşınları, digər hərbi texnika və sursatlarla yaxından tanış olublar.