Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüşüb.


Rekord.az xəbər verir ki, toplantıda parapauerliftinqçilər və məşqçinin fikirləri dinlənilib. Böyük əksəriyyəti gənclərdən ibarət olan milli komandanın uğurlarının davamlı olması üçün görüləcək işlər müzakirə edilib.


Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, MPK-nın İdman şöbəsinin müdiri Cavad Axundzadə, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım və mətbuat katibi Fərid Qarazadə iştirak ediblər.


Qeyd edək ki, Azərbaycan təmsilçiləri Dünya Kubokunda 3 qızıl və 3 gümüş medal qazanıblar. Rəsul Zəkiyev (88 kq) gənclər arasında iki qızıl, Pərvin Məmmədov (49 kq) bir qızıl və bir gümüş, Talib Zeynalov (+107 kq) ilə Zəhra Dadaşova (61 kq) isə gümüş mükafat əldə edib.