Belçika millisinin qapıçısı Timo Kurtua maraqlı açıqlama ilə diqqət çəkib.

Rekord.az xəbər verir ki, yerli mətbuata açıqlamasında təcrübəli qapıçı azarkeşlərdən üzr istəyib.

Daha sonra isə gələcək hədəflərindən danışıb: "Qətərdəki çıxışımıza görə utanıram. Ona görə bütün azarkeşlərimizdən üzr istəyirəm. Artıq olanları unudub irəli baxmağa məcburuq. Bunun əvəzini 2024-cü il Avropa çempionatında çıxmalıyıq.Yaxşı və istedadlı futbolçulardan ibarət heyətimiz var. İnanıram ki, Avropa çempionatında bu heyət sözünü deyəcək",

Qeyd edək ki, Belçika AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən biridir.