“Dördlər finalı” təxirə salındı
- 18 Mar 2020 23:00
- 641
Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsinin ardından UEFA İcraiyyə Komitəsinin qərarı ilə digər yarışlar kimi, futzal üzrə Çempionlar Liqasının “Dördlər finalı” da növbəti xəbərdarlığa qədər təxirə salınıb.
Rekord.az xəbər verir ki, 2019/20 mövsümündə “Dördlər finalı” aprelin 24-də və 26-da Belarusun paytaxtı Minskdə keçirilməli idi.
Qeyd edək ki, yarımfinal oyunlarında “Barselona” – KPRF və “Mursia” – “Tümen” komandaları qarşılaşacaq.