
Donnarumma: "Çempionlar Liqası ilə vidalaşmaq bizə zərbə vurdu"
- 12 Mar 2022 14:47
- 435
PSJ-nin qapıçısı Canluici Donnarumma Çempionlar Liqasının 1/8 finalında "Real"a uduzaraq turnirlə vidalaşmalarını şərh edib.
Rekord.az xəbər verir ki, bu barədə 23 yaşlı qolkiper öz İnstaqram hesabında paylaşım edib. O yazıb:
“Çempionlar Liqasından ilə vidalaşmaq bizim üçün bir zərbə oldu. Son iki gün asan olmadı. Amma belə çətin anlardan güclü çıxmaq lazımdır. İndi biz Liqa 1-i necə qazanacağımızı düşünməliyik. Azarkeşlərimiz üçün hər şeyi verməliyik. Gəlin hamımız birlikdə yenidən başlayaq!".
Qeyd edək ki, PSJ "Real"a ilk oyunda 1:0 hesabı ilə qalib gəlsə də, cavab matçında 1:3 hesabı ilə uduzub.