Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ-2” – “Turan Tovuz” oyunundan öncə “Qarabağ-2” komandasının nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunub. Oyundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. Oyunun hakim-inspektoru videoyazı ilə təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunub. “Turan Tovuz”un qapıçısının formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 80 manat cərimə olunub.

“Sumqayıt-2” – “Kəpəz” oyunundan öncə “Kəpəz”in futbolçusu İbrahim Camalov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunda topdaşıyan şəxslərin say tərkibi və yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnib.

“Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnib. Hər iki komandanın oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün hər iki klub 80 manat cərimə olunub.

“Neftçi-2” – MOİK oyununda “Neftçi”nin futbolçusu Seymur Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. MOİK-in futbolçusu Hikmət Verdiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. MOİK-in futbolçusu Xəyal Bədirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.