
"Dinamo Zaqreb" Mahir Emrelinin posteri ilə azarkeşlər oyuna səslədi FOTO
- 20 Fev 2022 17:02
- 546
Bu gün Xorvatiya çempionatında növbəti matça çıxacaq "Dinamo Zaqreb" "Lokomotiva" ilə oyunun afişasına Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şəklini yerləşdirib.
Rekord.az xəbər verir ki, oyunun posteri klubun saytında təqdim olunub.
Azərbaycanlı izləyicilər "Legiya" kimi, "Dinamo Zaqreb"in də bu yolla klubun sosial şəbəkə hesabında "layk" toplamağa çalışdığını qeyd ediblər.
Qeyd edək ki, Maksimir stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:05-də start götürəcək.