
Dibala ÇL oyununu buraxacaq
- 21 Fev 2022 12:30
- 467
"Yuventus"un futbolçusu Paolo Dibala Çempionlar Liqasının 1/8 finalında "Vilyarreal"la oyunu buraxacaq.
Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
28 yaşlı hücumçu A seriyasının 26-cı turunda "Torino" ilə matçda sıradan çıxıb. Onun bu səbəbdən də "Vilyarreal"la qarşılaşmada iştirak etməyəcək.
Qeyd edək ki, sözügedən oyun fevralın 22-si Bakı vaxtı ilə 00:00-da başlayacaq.