
Del Pyero "Yuventus"dan nələr dedi?
- 19 Mar 2022 11:47
- 527
"Yuventus"un eks futbolçusu Alessandro Del Pyero komandanın Çempionlar Liqasındakı çıxışını dayandırmasından danışıb.
Rekord.az xəbər verir ki, "Sky Sport"a danışan Turin klubunun əfsanəsi "Vilyarreal"la matçdakı 0:3 hesablı məğlubiyyəti şərh edib: "İlk yarıda komanda yaxşı oynadı. "Yuventus" yaxşı müdafiə olunurdu, "Vilyarreal"ın qol epizodları az idi. İkinci yarıda "Yuventus" "söndü". Bir epizodda dirək qola imkan vermədi, penaltini isə qapıçı dəf edəcəkdi.
Hər halda fasilədən sonra "Yuventus"un oyununda çatışmazlıqlar var idi. Futbolçuların ideyası zəif idi, az risk etdilər. Əgər, siz nələrsə yaratmaq istəyirsinizsə, topla daha cəld və çox hərəkət etməlisiniz".