
De Byazi klubda işləmək istəmir
- 10 Noy 2022 17:42
- 409
“Bəzi komandalar mövsüm ərzində problem ortaya çıxan kimi, çıxış yolunu baş məşqçini dəyişməkdə görürlər. Halbuki baş məşqçidə hər zaman problemi yoluna qoymaq üçün istək olur”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına açıqlamasında deyib.
66 yaşlı mütəxəssis bundan sonra klubda işləmək barədə düşünmədiyini söyləyib:
“Artıq hər gün məşq etmək istəmirəm. Mənə belə yaxşıdır. İçimdə hələ də böyük atəş var. Lakin bir il ərzində 12-14 oyun kifayətdir”.
Canni de Byazi AFFA ilə müqavilə müddətini AVRO-2024-ün seçmə mərhələsinin sonuna qədər uzadıb.