Şotlandiya millisi DÇ-2026-da yeni uğur əldə etmək istəyir.


Rekord.az xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Stiv Klark mundialda Mərakeşə qarşı keçirdikləri oyundan sonra deyib.


Mütəxəssis uduzduqları qarşılaşmaya şərh verib:


"Matça çox pis başladıq, amma daha sonra özümüzə gəlməyi bacardıq. Daha sonra oyuna qoşulduq və rəqibə problem yarada biləcəyimizi göstərdik. Yığmamız özünü daha yaxşı formada göstərməyə hazırdır. Biz bu dünya çempionatına Şotlandiya komandasının heç vaxt bacarmadığını etmək üçün gəlmişik. Bu gecə əlimizdən gələni etdik və bunu yenidən edəcəyik".


Qeyd edək ki, sözügedən görüşdə Mərakeş Şotlandiyanı (1:0) məğlub edib.