
DÇ-nin rəsmi bayrağı Azərbaycana təqdim olunub
- 14:15
- 32
Tailandın paytaxtı Bankokda keçirilən sumo üzrə dünya çempionatında yarışın rəsmi bayrağı Azərbaycana təqdim olunub.
Bu barədə Rekord.az-a Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından məlumat verilib.
Bayrağı ölkəmiz adından qurumun vitse-prezidenti Ülvi Ağamirov təhvil alıb.
Qeyd edək ki, 2026-cı ildə dünya çempionatına Bakı ev sahibliyi edəcək.