
DÇ-2022: İspaniya millisinin heyəti açıqlandı
- 11 Noy 2022 16:00
- 514
Futbol üzrə İspaniya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, yığmanın baş məşqçisi Luis Enrikenin açıqladığı 26 futbolçudan ibarət heyətdə 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 8 hücumçu yer alıb.
Fransanın PSJ klubunda çıxış edən Serxio Ramos yekun heyətə daxil edilməyib.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İspaniya yığması, Kosta-Rika, Almaniya və Yaponiya ilə birlikdə E qrupunda mübarizə aparacaq.