
DÇ-2022-dəki qolunu 6 aydır görmədiyi oğluna həsr etdi
- 2022-11-27 14:22
- 237
Avstraliya millisinin üzvü Mitçel Dyuk DÇ-2022-nin 2-ci turunda Tunislə oyunda (1:0) vurduğu qolu oğluna həsr edib.
Rekord.az xəbər verir ki, bu barədə futbolçu özü bildirib.
Uşaq həmin vaxt atasının oyununu izləmək üçün stadiona gəlib. Lakin Dyuk və oğlu 6 ay idi ki, bir-birlərini görmürdülər. Mitçel qol vurduğu an operatorlar onun oğlunu nümayiş etdiriblər. Futbolçu isə komandasının yeganə qələbə qolunu oğluna həsr etdiyini deyib:
"Dünya kubokunda iştirak üçün heyət açıqlananda oğlumla danışırdım. Bir hücumçu kimi matçda qol vuracağına inam lazımdır. Oğluma dedim ki, qol vuran kimi ona həsr edəcəyəm".