
DÇ-2022: Braziliya 24 il sonra bu aqibətlə üzləşdi
- 03 Dek 2022 11:52
- 452
Braziliya millisi 24 ildən sonra dünya çempionatının qrup mərhələsində uduzub.
Rekord.az xəbər verir ki, Qətərdəki mundialın qrup mərhələsinin son turunda Kameruna 0:1 hesabı ilə məğlub olan "sambaçılar" sonuncu dəfə 1998-ci ildə Fransada təşkil olunmuş turnirdə bu aqibəti yaşamışdılar.
Cənubi Amerika təmsilçisi həmin vaxt Norveç seçməsi ilə bacarmayıb - 1:2.
Kameruna məğlubiyyət hazırda Titenin başçılıq etdiyi kollektivin dünya çempionatlarının qrup mərhələsindəki 17 oyunluq uğurlu seriyasına son qoyub.
Braziliya millisi son turda Kameruna uduzsa da, 1/8 finala qrup qalibi kimi adlayıb və Cənubi Koreyaya rəqib olub.