
DÇ-2020-yə aparılmır - Baş məşqçi risk etmək istəmir
- 09 Noy 2022 19:45
- 428
“Çelsi”nin müdafiəçisi Ris Ceyms Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında oynamayacaq.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Ceyms UEFA Çempionlar Liqasında “Milan”la oyunda (2:0) dizindən zədə alıb.
Baş məşqçi Qaret Sautqeytin Ceymsin sağlamlığını riskə atmamaq üçün bu qərarı verdiyi bildirilir.
Müdafiəçi bu mövsüm London klubunda 11 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.