Danimarkalı futbolçu Kristian Nyorqor "Brentford" klubundan London təmsilçisi "Arsenal"a keçib.


Rekord.az xəbər verir ki, bu barədə "topçular"ın rəsmi saytı məlumat yayıb.


31 yaşlı yarımmüdafiəçi "Brentford"da bütün turnirlərdə 196, o cümlədən Premyer Liqada 122 oyun keçirib, 13 qol vurub və 18 məhsuldar ötürmə edib.


"Arsenal" İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünü ikinci yerdə başa vurub. Mikel Artetanın komandası 38 matçda 74 xal toplayıb.