"Qarabağ"ın ardından daha iki klub AFFA-nın Müşahidə Şurası yaratmaq təklifindən imtina edib.

Rekord.az xəbər verir ki, söhbət "Şamaxı" və "Qəbələ"dən gedir.

Daha çox yerli icra hakimiyyətindən dəstək alan "Şamaxı", ümumiyyətlə, "Müşahidə Şurası" anlayışının yalnış olduğunu və onların prinsipləri ilə üst-üstə düşmədiyini bildirib. Hazırda bu klubda idarəçilik "İdarə heyəti" statusunda müəyyənləşib və bu heyətin də üzvləri təsdiqlənib. "Şamaxı" yola bu cür davam edəcəyini açıqlayıb. 

"Qəbələ" isə öncə dövlətdən gələcək 3 milyonu almaq üçün federasiyanın təklifini qəbul etmək məcburiyyətində qalsa da, sonradan bundan imtina edib. Çünki vəsait dövlət tərəfindən ayrılırsa, ortada vasitəçi olan AFFA-nın klublar qarşısında hansısa şərt irəli sürməsi absurd görünür.