
Daha bir klubumuz Türkiyəyə yollanacaq
- 2022-12-08 12:48
- 272
Daha bir klubumuz qış hazırlığını Türkiyədə keçəcək.
Rekord.az xəbər verir ki, söhbət "Turan Tovuz"dan gedir.
Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, Tovuz təmsilçisi yanvarın 7-dən 18-ə kimi Antalyada olacaq və 3 yoxlama görüşü keçirəcək.