“Sumqayıt”da gözlənilən mümkün dəyişikliklərlə bağlı məlumat vermişdik.

Rekord.az xəbər verir ki, xüsusilə heyətdə ciddi dəyişikliklər gözlənilir.

Artıq bəzi futbolçuların gedəcəyi dəqiqləşmək üzrədir. Tellur Mütəllimovun “Sabah”la razılığa gəldiyi deyilir. Rəhim Sadıxovla isə “Neftçi”, “Qarabağ” və Rusiyadan olan bir neçə klubun maraqlanması haqda məlumatlar var. Əldə etdiyimiz son məlumata görə isə, klubla müqaviləsi bitən Cəmaləddin Xocaniyazov da “Sumqayıt”ı tərk edəcək və onunla da yeni müqavilə bağlanmayacaq.