Xorvatiyada güləş üzrə reytinq turniri davam edir.

Rekord.az xəbər verir ki, bu gün daha 3 güləşçimiz mübarizə aparıb.

Sərbəst güləş

125 kq

Vaxit Qalayev ilk mərhələdə misirli Diaeldin Abdulmutallibə (3:2) qalib gəlsə də, 1/8 finalda amerikalı Meyson Parrisə məğlub olub – 4:15.

Bu çəkidəki digər təmsilçimiz Georgi Meşvildişvili 1/8 finalda gürcüstanlı Solomon Manaşviliyə qalib gəlib – 7:5. 1/4 finalda iranlı Əmirrza Valadiyə (4:8) uduzan təmsilçimiz təsəlliverici görüşdə gürcüstanlı Givi Matçaraşvilini mübarizədən kənarlaşdırıb – 2:1. Meşvildişvili bürünc medal uğrunda Parrislə güləşib və 2:5 hesabıyla məğlub olub.

Qadın güləşi

55 kq

Gültəkin Şirinova 1/4 finalda ukraynalı Mariya Vinnikə məğlub olub – 3:14.