Vurğun Hüseynov daha 1 il "Sumqayıt"da forma geyinə bilər.

Rekord.az-ın əldə etdiyi məlumata görə, uzun müddətdir bu komandada çıxış edən və kapitan sarğısını daşıyan tovuzlu futbolçu daha 1 il hazlrkı klubunda qalmaq istəyir.

Lakin 34 yaşlı müdafiəçinin bu istəyinin reallaşıb-reallaşmayacağına baş məşqçi Samir Abasov qərar verəcək.

Qeyd edək ki, Vurğunun "Sumqayıt"la müqaviləsi mövsümün sonunda başa çatır.