
Dadaşovlu “Qrasshopper” “Sürix”lə bacarmadı
- 08 May 2023 11:22
- 175
Futbol üzrə İsveçrə çempionatında 34-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Sürix”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Renat da bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana buraxılıb.
“Qrasshopper” 34 turdan sonra 43 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.