
Dadaşovlu “Qrasshopper” darmadağına üzüldü
- 11 Sen 2022 20:40
- 434
Futbol üzrə İsveçrə çempionatında 8-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Bazel”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:5.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
“Qrasshopper” 8 turdan sonra 12 xalla 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.