Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 17-ci turundan təxirə salınmış oyunda “Berliner”lə qarşılaşıb və səfərdə 2:0 hesabıyla qalib gəlib.

Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb.

“Dinamo” hazırda 46 xalla 2-ci pillədə qərarlaşıb.