
Dadaşov Polşa klubunda – RƏSMİ
- 15 İyl 2025 17:00
- 58
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni klubu məlum olub.
Rekord.az xəbər verir ki, 26 yaşlı hücumçu “Motor Lublin”ə keçib.
Bu barədə Polşa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Dadaşovla razılaşmanın detalları açıqlanmayıb.
Renat son mövsümdə Polşada “Radomyak”da çıxış edib.
“Motor Lublin” Polşanın əsas liqasında – Ekstraklasasında mübarizə aparır.