Futbol üzrə İsveçrə çempionatında 6-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Servett”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

“Qrasshopper” hazırda 9 xalla 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.