
Dadaşov oynadı, komandası “Eştoril”ə uduzdu
- 13 Fev 2022 16:20
- 474
Futbol üzrə Portuqaliya çempionatında 22-ci turun oyunları keçirilib. Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Eştoril”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.
“Tondela” 22 turdan sonra 21 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.