Dadaşov 18 dəqiqə oynadı, komandası...
- 2019-12-01 13:30
- 866
Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 17-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Manhaym”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Rüfət də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib.
Münster klubu 17 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.