Baqali Dabo - «Neftçi» qarşudrması artıq özünün pik mərhələsindədir.

Rekord.az xəbər verir ki, fransalı hücumçu klub rəhbərliyini pis vəziyyətdə buraxıb.

Belə ki, yerli rəsmilərə heç bir xəbər vermədən «Apollon»la ilkin müqavilə bağlayıb. Onun vəkili vasitəsilə Kipr təmsilçisi ilə imzaladığı anlaşmanın müddəti 2 ildir.

Və budur, 2018-ci ilin iyununda «Qəbələ»ni aldadaraq «Neftçi»yə üz tutan forvard son klubuna qarşı da eyni hərəkətə yol verərək, Kiprin yolunu tutub.