
Culfada "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə futbol yarışı
- 13 May 2023 11:43
- 368
Culfa rayon Göydərə kənd tam orta məktəbinin futbol meydançasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə Camaldın və Göydərə kəndlərinin məktəbliləri arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Rekord.az xəbər verir ki, görüş göydərəlilərin 8:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalara futbol topu hədiyyə olunub. Oyunçulara diplom və fəxri fərman təqdim edilib.