Culfada “Sərhəd” hərbi-idman oyunu üzrə muxtar respublika birinciliyinin rayon mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, ümumtəhsil məktəblərinin komandalarını əhatə edən yarışma Hərbi Sərhəd Zastavasında reallaşıb.

Nəticələrə əsasən yekunda Yaycı kənd 1 nömrəli tam orta məktəbin komandası qalib olmaqla muxtar respublika birinciliyinin final mərhələsində iştirak hüququ qazanıb. Culfa şəhər 3 nömrəli tam orta məktəb ikinci, Yaycı kənd 2 nömrəli tam orta məktəb isə üçüncü yerə layiq görülüb. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Gənclər və idman idarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışmanın sonunda adıçəkilən komandalara təşkilatçıların diplom və kubokları təqdim olunub.