Meksika millisi ABŞ-ni 2:1 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə CONCACAF-ın Qızıl Kubokunu qazanıb.


Rekord.az xəbər verir ki, final matçı ABŞ-nin Hyuston şəhərində keçirilib.


Meksikalıların heyətində qolları Raul Ximenes və Edson Alvares vurub. ABŞ-nin yeganə qolunun müəllifi isə Kris Riçards olub.


Meksika millisi bununla 13-cü titulunu qazanıb.