Bu gün UEFA Çempionlar Liqasında 2-ci mərhələnin ilk oyunları keçirilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə 6 matç baş tutub. Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası doğma meydanda Kiprin “Omoniya” kollektivi üzərində inamlı qələbəyə sevinib. “Ferentsvaroş” də “Jalgiris”i eyni hesabla məğlub edib. “ÇFR Kluj” səfərdə “Linkoln”dan, “Şerif” isə “Alaşkert”dən üstün olub. Vyana “Rapid”i Praqa “Sparta”sını məğlub yola salıbsa, “Seltik” doğma meydanda “Midtyulland”la heç-heçəyə razılaşıb.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” bu mərhələdəki oyununa sabah çıxacaq. “Ağ-qaralar” Yunanıstanın “Olimpiakos” komandasının qonağı olacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” Estoniyanın “Flora” komandasını sınağa çəkəcək. Türkiyənin “Qalatasaray” klubu isə səfərdə Niderland PSV-sinin qonağı olacaq.

2-ci mərhələnin cavab oyunları 27-28 iyulda keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları

20 iyul

Alaşkert (Ermənistan) – Şerif (Moldova) 0:1

Linkoln (Cəbəllütariq) – ÇFR Kluj (Rumıniya) 1:2

Ferentsvaroş (Macarıstan) – Jalgiris (Litva) 2:0

Dinamo (Zaqreb, Xorvatiya) – Omoniya (Kipr) 2:0

Rapid (Vyana, Avstriya) – Sparta (Praqa, Çexiya) 2:1

Seltik (Şotlandiya) – Midtyulland (Danimarka) 1:1