
ÇL: Qrup mərhələsinin topu təqdim olundu
- 25 Avq 2022 14:15
- 400
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin topu təqdim olunub.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Top ənənəvi olaraq ulduzlardan və müxtəlif rənglərdən ibarətdir.
Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.