Futbol üzrə UEFA Çempionlar Liqasının finalında "Liverpul" - "Real" matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua həlledici matçın ən yaxşısı seçilib.

Belçikalı qolkiper görüşdə 9 qurtarış edib. 

"Real" "Liverpul"a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə ÇL-in qalibi olub.